İraq neft ixracını sutkada 3,3 min barrelə endirməyi planlaşdırır

İraq neft ixracını sutkada 3,3 min barrelə endirməyi planlaşdırır

İraq Neft Nazirliyi yaxın aylarda neft ixracını gündəlik 3,3 min barrelə endirməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanat nazirliyin saytında dərc olunub.

“İraqın Neft Nazirliyi neft hasilatının könüllü azaldılması prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir və yaxın bir neçə ay ərzində neft ixracını gündəlik 3,3 min barelə endirmək təşəbbüsü ilə çıxış edib”, - sənəddə deyilir.

Nazirlikdən onu da qeyd ediblər ki, bu addım 2024-cü ilin yanvar və fevral aylarında İraqda qeydə alınan neft hasilatının səviyyəsinin artımını bərabərləşdirmək istəyi ilə bağlıdır.