Hakan Fidan: "Qonşu ölkələr PKK terror təşkilatına dəstək verməməlidir"

Hakan Fidan: "Qonşu ölkələr PKK terror təşkilatına dəstək verməməlidir"

Türkiyə qonşu ölkələrdən (İraqdan - red.) PKK terror təşkilatına dəstək verməmələrini istəyir.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan “CNN Türk”ə müsahibəsində deyib.

Nazir bildirib ki, Türkiyə terror təşkilatını tək başına məhv etmək qabiliyyətindədir, lakin rəsmi Ankara həm hərbi əməliyyatları davam etdirir, həm də qonşu ölkələrlə münasibətlərin pozulmaması üçün diplomatiyanı ön plana çıxarır.

H. Fidan İraqın Suleymaniyə şəhərində PKK-ya dəstək verən kürdyönümlü siyasi qüvvələri də bu yoldan geri çəkilməyə çağırıb.