Qərb İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək istəyir

Qərb İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək istəyir

Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq İordan çayının qərb sahilində məskunlaşan İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə müvafiq planlar barədə razılığa gəliblər.