Rusiya hərbçiləri Lvova raket zərbələri endirdi: 6 NƏFƏR ÖLDÜ
Rusiya hərbçiləri Ukraynanın qərbində yerləşən Lvov şəhərinə 4 raket atıb.
Birxeber-in UNIAN informasiya agentliyinə istinadla məlumatına görə, bu barədə Lvov vilayəti hərbi administrasiyasının başçısı Maksim Koziktski və Lvov şəhərinin meri Andrey Sadovı bildirib.
Qeyd olunub ki, raket zərbələri nəticəsində 6 dinc sakin ölüb, biri uşaq olmaqla 8 nəfər isə yaralanıb.
Birxeber