Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

Finlandiyanın keçmiş prezidenti Tarya Halonen Helsinkidə xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, Halonen xərəkdə, təcili yardım avtomobil ilə xəstəxanaya aparılıb.

Keçmiş prezidentin sözçüsü Sari Kuusima “Seiska” nəşrinə faktı təsdiq edib:

“Məlumatınızı təsdiq edirəm, Tarya Halonen mədə xəstəliyinə görə xəstəxanaya aparılıb”. 80 yaşlı Halonen 2000-2012-ci illərdə Finlandiyanın 11-ci prezidenti olub.