Ucarda ölümlə nəticələnən yol qəzası baş verib

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib

Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Qazax istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil orta yaşlı kişini vurub.

Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.