Stoltenberq: Azərbaycanın hərbi ittifaqlara qoşulmamaq kimi suveren qərarını alqışlayırıq

Stoltenberq: Azərbaycanın hərbi ittifaqlara qoşulmamaq kimi suveren qərarını alqışlayırıq

NATO inanır ki, hər bir dövlət öz yolunu özü seçə bilər. Alyansın çoxlu tərəfdaşı var, Azərbaycan da onların sırasındadır.

"Birxeber.Az" xəbər verir ki, bu barədə bunu NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də Azərbaycan Dövlət Televiziyasına (AzTV) müsahibəsində deyib.

"Yeri gəlmişkən, Azərbaycanın NATO-ya qoşulmaq kimi bir niyyəti yoxdur. Bu ölkə bütün hərbi ittifaqlardan kənardadır. Azərbaycanın suveren qərarına hörmətlə yanaşırıq. Lakin, əlbəttə, söhbət Finlandiya və İsveç kimi ölkələrə gəldikdə isə, bu ölkələr neytral mövqedən imtina etdilər. Bu təqdirdə alyansın qapıları açıqdır və bu, NATO-nun aqressiv şəkildə Şərqə doğru genişlənməsi demək deyil. Bu o deməkdir ki, NATO-nun şərqində yerləşən ölkələr qurumun bir hissəsi olmaq istəyirlər və biz onları müttəfiqlərimiz kimi qəbul edirik", - Stoltenberq bildirib.