Bayram günü Bakıda və bölgələrdə gözlənilən hava açıqlanıb

Bayram günü Bakıda və bölgələrdə gözlənilən hava açıqlanıb

Martın 20-də Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 9 dərəcə, minimal temperaturu isə 5 dərəcə olacaq.

APA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, küləyin sürəti 15-20 m/san olacaq.

Gəncə-Qazaxda maksimal temperatur 11 dərəcə, minimal temperatur isə 3 dərəcə olacaq. Küləyin sürəti 15 m/saniyəyə çatacaq.

Balakən-Şəkidə maksimal temepartur 11 dərəcə, minimal temperatur isə 4 dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s-yə çatacaq.

Dağlıq Şirvan ərazisində havanın maksimal temperatur 8 dərəcə, minimal temperatur isə 4 dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s-yə çatacaq.

Quba-Qusarda havanın maksimal temperaturu 5 dərəcə, minimal temperaturu isə 0 dərəcə olacaq. Küləyin sürəti 15-17 m/s-yə çatacaq.

Mərkəzi Aran zonasında havanın maksimal temperaturu 13 dərəcə, minimal temperaturu isə 5 dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s-yə çatacaq.

Lənkəran - Astra zonasında havanın maksimal temperaturu 11 dərəcə, minimal temperaturu isə 2 dərəcə olacaq. Küləyin sürəti 15 m/s olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın maksimal temperaturu 10 dərəcə, minimal temperaturu isə 2 dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s olacaq.
Qarabağ və Şərqi-Zəngəzur bölgəsində havanın maksimal temperaturu 5 dərəcə, minimal temperaturu isə -5 dərəcə olacaq. Külək 15 m/s olacaq.