Nicat Lənkəranskiyə hökm oxunub

Nicat Lənkəranskiyə hökm oxunub

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Nicat Əkbərovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra hökm elan olunub. Hökmə əsasən, Nicat Əkbərov 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nicat Əkbərov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.