"Qarabağ"ın 8 futbolçusu milli komandaların heyətinə çağırılıb

"Qarabağ"ın 8 futbolçusu milli komandaların heyətinə çağırılıb

"Qarabağ"ın 8 futbolçusu milli komandaların heyətinə çağırılıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Amin Ramazanov və Nəriman Axundzadə Azərbaycanın U-21 milli komandasının Bakıda keçiriləcək toplanışına dəvət alıblar. Yığma martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə qarşılaşacaq. Hər iki oyun "Azərsun Arena"da keçiriləcək.

Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasının düşərgəsinə yollanıblar. Onların komandası martın 21-də Belarus, 4 gün sonra Şimali Makedoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Yassin Benzia Əlcəzair millisinə çağırılıb. Afrika qitəsinin təmsilçisi martın 23-də Boliviya, 27-də isə CAR-la yoldaşlıq matçına çıxacaq.

Patrik Andrade Kabo Verde millisinin heyətinə dəvət alıb. Yarımmüdafiəçinin komandası martın 21-də Qayana, 4 gün sonra Ekvatorial Qvineya ilə matçda qüvvəsini sınayacaq.

Qapıçı Andrey Lunyovun çağırıldığı Rusiya millisi martın 21-də Serbiya, 25-də Paraqvay ilə qarşılaşacaq.

"Qarabağ"ın digər qapıçısı Luka Quqeşaşvilinin dəvət aldığı Gürcüstan millisi AVRO-2024-ün pley-off mərhələsinin yarımfinal matçına çıxacaq. Gürcüstan martın 21-də Lüksemburqa qalib gəlsə, final mərhələsinə vəsiqə uğrunda həlledici görüşdə iştirak edəcək.