Salyan sakini Rusiyada yol qəzasında ölüb

Salyan sakini Rusiyada yol qəzasında ölüb

Salyan sakini Rusiyada baş verən yol qəzasında ölüb.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, martın 17-də axşam İrandan Rusiyaya yük daşıyan TIR Minvodı şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində TIR-ın sürücüsü, Salyan rayonunun Kürkənd kənd sakini, 46 yaşlı Heydərov Elşən Ağamirzə oğlu hadisə yerində ölüb.

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.