Rusiya Almaniyadan Leninqrad blokadasını soyqırımı kimi tanımasını tələb edib

Rusiya Almaniyadan Leninqrad blokadasını soyqırımı kimi tanımasını tələb edib

Rusiya Almaniyadan Leninqrad blokadasını və Üçüncü Reyxin digər cinayətləri soyqırımı aktı kimi rəsmən tanımasını tələb edib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfirliyinin notasında qeyd olunub.

Bildirilib ki, Rusiya Berlinin rəsmi olaraq Üçüncü Reyxin vəhşiliklərini soyqırımı aktı kimi tanımasında israr edir.

Müvafiq sənəd fevralın 28-də Almaniya Xarici İşlər Nazirliyinə təqdim edilib.