Azərbaycan Quançjouda beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan Quançjouda beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan mayın 16-18-də Çinin Quançjou şəhərində keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək.

"Birxeber.Az" xəbər verir ki, ölkəmizi tədbirdə Dövlət Turizm Agentliyi təmsil edəcək.

Artıq sərgidə iştirakla bağlı hazırlıq işlərinə başlanılıb.

Ötən il bu sərgidə 55 ölkə iştirak edib. Sərgini 40 min insan ziyarət edib.