Bakıda binanı "bazar"a çevirənlər sakinlər üçün təhlükəli vəziyyət yaradıb - VİDEO

Bakıda binanı "bazar"a çevirənlər sakinlər üçün təhlükəli vəziyyət yaradıb - VİDEO

Bakının Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi bina 3a ünvanında yaşayan sakinlər təhlükəli vəziyyətlə üzləşiblər.

“Report”un xəbərinə görə, sakinlər bildiriblər ki, yaşadıqları binanın ön və arxa hissəsinə qanunsuz artırmalar edilib.

Nəticədə binada təhlükəli vəziyyət yaranıb.

Onların sözlərinə görə, qanunsuz artırmalar şəklində tikilən obyektlər binanı yararsız hala salıb və ərazidə təhlükəli durum yaranıb.

Şikayətçilər məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də heç bir nəticəsi olmayıb.

Problemlə bağlı əraziyə cavabdeh olan 20 saylı Mənzil İstismar İdarəsinin rəisi Niyazi Aşurov bildirib ki, bu vəzifəyə bir il əvvəl təyin olunub. Sözügedən obyektlər isə ondan əvvəl tikilib. Hazırda gedən tikinti-söküntü işlərindən isə xəbərsizdir.

Nərimanov Rayon İcra Hakimiyyətindən də məsələyə eyni münasibət bildirilib. Qeyd olunub ki, sözgedən obyektlər uzun illər əvvəl tikilib.

Daha ətraflı videomaterialda: