Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 9 %-dən çox artıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 9 %-dən çox artıb

Bu ilin mart ayının 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 % artaraq 16 935 olub.

Bu barədə "Report"un yerli bürosuna Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 10,3 % çoxalaraq 472 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4 % artaraq 5 541-ə çatıb.