Stoltenberq: Gürcüstan kompleks təhlükəsizlik çağırışları ilə üzləşir

Stoltenberq: Gürcüstan kompleks təhlükəsizlik çağırışları ilə üzləşir

Gürcüstan kompleks təhlükəsizlik çağırışları ilə üzləşir.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan NATO baş katibi Yens Stoltenberq Baş nazir İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamasında deyib. O, Rusiyanın imperiya ambisiyalarının ardınca getməkdə israr etdiyini, Ukraynada döyüş meydanında isə vəziyyətin çətin olduğunu qeyd edib.

“Ona görə də dəstəyimizi artırmağımız həyati önəm daşıyır. NATO müttəfiqləri Ukraynaya bütün hərbi yardımların 99%-ni tədarük edib və bizim tərəfdaşlarımız vacib rol oynayılar. Mən Gürcüstanın minlərlə ukraynalı qaçqını qəbul etməsini, vacib humanitar və maliyyə yardımları göstərməsini alqışlayıram.”