Stoltenberq: Ukrayna Rusiyanın Qara dəniz donanmasının əhəmiyyətli hissəsini məhv edib

Stoltenberq: Ukrayna Rusiyanın Qara dəniz donanmasının əhəmiyyətli hissəsini məhv edib

Ukrayna bizim dəstəyimizlə Rusiyanın Qara dəniz donanmasının əhəmiyyətli hissəsini geri çəkilməyə məcbur edib, zədələyib və ya məhv edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Baş nazir İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

“Ukraynanın uğurları Qara dənizdə taxıl daşımalarını yenidən açmağa imkan verib ki, bu da onların iqtisadiyyatı və qlobal ərzaq təhlükəsizliyi üçün həyati önəm daşıyır”, - Baş katib bildirib.

Stoltenberq NATO-nun Gürcüstanla tərəfdaşlığının güclü olduğunu, bugünkü görüşdə bu əlaqələri necə daha da irəliyə aparmağın mümkünlüyünü müzakirə etdiyini qeyd edib.