Bakıda keçmiş məhkum terminaldan və avtomobillərdən oğurluğa görə tutulub

Bakıda keçmiş məhkum terminaldan və avtomobillərdən oğurluğa görə tutulub

Paytaxtda ödəmə terminalı və avtomobillərdən oğurluqlar edən şəxs saxlanılıb.

DİN-dən Birxeber.Az-ya verilən xəbərə görə, Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudov saxlanılıb. Saxlanılan şəxsin paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə terminalındakı pul vəsaitini, eləcə də bir ədəd velosiped oğurladığı da müəyyən olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.