YAP maliyyə hesabatını MSK-ya təqdim edəcək

YAP maliyyə hesabatını MSK-ya təqdim edəcək

Martın 18-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.

YAP-dan Birxeber.Az-ya verilən xəbər görə, iclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2023-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi və cari məsələlər çıxarılıb.

Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Anar İsgəndərov və Elmar Qasımov, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova və Auditorlar Palatasının nümayəndəsi Elza Süleymanova çıxış edərək maliyyə hesabatının şəffaf və mükəmməl səviyyədə hazırlandığını vurğulayıblar. Sonra 2023-cü il üzrə maliyyə hesabatı İdarə Heyətinin üzvləri tərəfindən təsdiq olunub. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qanunvericiliyə uyğun olaraq maliyyə hesabatının auditor rəyi ilə birlikdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini diqqətə çatdırıb.