Bank sektorunda biznes kreditlərinin həcminin 16.5 mlrd. manata çatdırılması hədəflənir

Bank sektorunda biznes kreditlərinin həcminin 16.5 mlrd. manata çatdırılması hədəflənir

Bank sektorunda biznes kreditlərinin həcminin ehtimal olunan potensialı 16.5 milyard manata çatdırılması hədəflənir.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı şərh edərkən bildirib:

"Strategiyaya uyğun olaraq bank sektorunda əlverişli və məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi vasitəsilə dayanıqlı inkişafın dəstəklənməsi nəzərdə tutulur. Bu məqsədlə bank sektoru üzrə bazarın genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə, bank sektorunda biznes kreditlərinin həcminin ehtimal olunan potensialı 16.5 milyard manata çatdırılması, müvafiq korporativ idarəetmə, şəffaflıq və rəqabət qabiliyyətliliyinin inkişafı və risk əsaslı tənzimləmə və nəzarətin gücləndirilməsi hədəflənir".