Azərbaycana buğda idxalı 2 dəfə azalıb

Azərbaycana buğda idxalı 2 dəfə azalıb

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 30 milyon 888 min dollar dəyərində 134 min 870 ton buğda idxal edilib.

Birxeber.Az-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 dəfə və ya 133 min 244 ton, məbləğ baxımından isə 2.7 dəfə və ya 51 mln. dollar azdır.

Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.26%-nə bərabər olub.

Əlavə edək ki, 2024-cü ilin yanvar-fevral aylarında ölkəyə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% azalaraq 229 dollar təşkil edib.