Stoltenberq Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşüb

Stoltenberq Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşüb

Tbilisidə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, hazırda tərəflər arasında təkbətək görüş keçirilir.

Hökumət administrasiyasında baş tutan görüşdən sonra tərəflərin mətbuata birgə açıqlaması olacaq.

Qeyd edək ki, Yens Stoltenberq martın 19-da Tbilisidən İrəvana yola düşəcək.