Azərbaycana avtomobil idxalının həcmi açıqlanıb

Azərbaycana avtomobil idxalının həcmi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 247 milyon 612 min ABŞ dolları dəyərində 13 min 299 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

Birxeber.Az-Economics”in Dövlət Gömrük Komitəsinin (DGK) istinadən xəbərinə görə, ötən ilin qeyd olunan dövründə ölkəyə 199 milyon 318 min ABŞ dolları dəyərində 13 min 939 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib.

İdxal edilən avtomobillərin statistik dəyərində 24 faizdən çox artım olub.

İki ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 24 ədəd təşkil edib.