“Qarabağ”ın qapıçısı Rusiya yığmasının düşərgəsinə qoşulub

“Qarabağ”ın qapıçısı Rusiya yığmasının düşərgəsinə qoşulub

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya yığmasının düşərgəsinə qoşulub.

“Birxeber.Az”un “championat”a istinadən məlumatına görə, iki il yarımdan sonra milliyə çağırılan 32 yaşlı qolkiper bu gündən məşqlərdə iştirak edəcək.

O, Serbiya və Paraqvaya qarşı keçiriləcək yoldaşlıq görüşlərində məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, Rusiya yığması martın 21-də Serbiya, 25-də isə Paraqvayla üz-üzə gələcək.