Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 25 % artıb

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 25 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,8 % artıb, idxal isə 7,7 % azalıb.

Son nəticədə xarici ticarətdə 2 333 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24,8 % çoxdur.