Azərbaycan elektromobil idxalını 2 dəfədən çox artırıb

Azərbaycan elektromobil idxalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 247,613 milyon ABŞ dolları dəyərində 13 299 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

“Birxeber.Az” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,2 % çox və 4,6 % azdır.

2 ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı dəfə 17,2 % azalaraq 24 ədəd (1,030 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 7,2 % azalaraq 12 023 ədəd (217,721 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 2 571-i (82,729 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 541-i (22,852 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 41,7 %, ikincinin isə 2,4 dəfə artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 36,1 % artaraq 1 185 ədəd (22,527 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 23,9 % azalaraq 67 ədəd (6,335 milyon ABŞ dolları dəyərində) olub.