Azərbaycan həndbol çempionatı: liderlər heç-heçə ediblər

Azərbaycan həndbol çempionatı: liderlər heç-heçə ediblər

Kişi həndbolçular arasında Azərbaycan çempionatında XIV turun daha bir oyunu keçirilib.

“Birxeber.Az”un məlumatına görə, mərkəzi görüş Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.

Çempionluğa iddialılar “Kür” və “Bakı” üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən qarşılaşma heç-heçə yekunlaşıb - 26:26.

Bununla da “Kür” 20 xalla liderliyini davam etdirib. “Bakı” və “Azəryol” hərəyə 18 xalla 2-3-cü yerləri bölüşdürürlər.