Naxçıvanda məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb

Naxçıvanda məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb

Şərur rayon Təhsil şöbəsinin rayonun Muğancıq-Mehrab kənd tam orta məktəbində apardığı yoxlamalar zamanı məktəbin direktoru Sinduz Cəfərovanın fəaliyyəti dövründə maliyyə pozuntusuna və vəzifə səlahiyyətlərində nöqsanlara yol verdiyi aşkarlanıb.

"Report"un yerli bürorsu xəbər verir ki, şöbənin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə S.Cəfərova Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən martın 15-də vəzifəsindən azad olunub.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində şəffaflığın təmin olunması məqsədilə aparılan tədbirlər bundan sonra da davam etdiriləcək.