Azərbaycan növbəti “İnmerge İnnovasiya Sammiti”nə hazırlaşır

Azərbaycan növbəti “İnmerge İnnovasiya Sammiti”nə hazırlaşır

Bu il oktyabrın 3-4-də Bakıda keçiriləcək "İnMerge İnnovasiya Sammiti"ndə ötən il olduğu kimi dünyanın tanınmış simaları iştirak edəcək.

"Birxeber.Az " xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov bildirib.

"Hazırda tanınmış simalarla danışıqlar aparılır və bu barədə məlumatlar operativ şəkildə sammitin saytında yerləşdiriləcək", - deyə o qeyd edib.