Mirzoyan: Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün səylər göstərir - YENİLƏNİB

Mirzoyan: Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün səylər göstərir - YENİLƏNİB

Ermənistan Cənubi Qafqaz regionunda sülh gündəliyinə sadiqdir.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qazaxıstanlı həmkarı Murat Nurtleu ilə danışıqlar zamanı deyib.

O bildirib ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün səylər göstərir.

Qeyd edək ki, iki ölkənin xarici işlər nazirləri Qazaxıstan və Ermənistan arasında əməkdaşlığın inkişafı, nəqliyyat, logistika və ticari-iqtisadi əlaqələrin inkişafında yeni imkanların açılmasını da müzakirə ediblər.

11:53

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu İrəvanda səfərdədir.

“Report” xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, qazaxıstanlı nazir martın 18-də ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.

Məlumata görə nazirlər təkbətək görüş keçirib.