Borrell: Rusiyanın dondurulmuş aktivlərinin gəlirlərinin Ukraynaya ayrılacağına ümid edirəm

Borrell: Rusiyanın dondurulmuş aktivlərinin gəlirlərinin Ukraynaya ayrılacağına ümid edirəm

Avropa İttifaqında Rusiyanın dondurulmuş aktivlərinin gəlirlərinin Ukraynaya ayrılması üçün razılaşma əldə olunacağına ümid edirəm.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell jurnalistlərə açıqlamasında deyib.

O, bu gün Aİ Xarici İşlər Şurasının iclasında ABŞ-nin dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın da iştirak edəcəyini bildirib: "Ümid edirəm ki, biz bu gün, nəhayət, mühüm qərarlar qəbul edəcəyik. Bunlardan biri həftələrdir müzakirə olunan 5 milyard avroluq Avropa Sülh Mexanizmi ilə Ukraynaya Yardım Fondu məsələsidir. İnanıram ki, bu gün nazirlər bunu mütləq təsdiq edəcəklər. Bu, Ukraynaya hərbi dəstəyimizi artırmaq üçün çox vacibdir”.