Naxçıvan iqtisadiyyatı 2,7 % böyüyüb

Naxçıvan iqtisadiyyatı 2,7 % böyüyüb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 200 milyon 800 min 700 manat olub.

Bu barədə "Birxeber.Az"un yerli bürosuna Muxtar Respublikanın Dövlət Statistika Komitəsinin mətvyat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2,7 % çoxdur.

Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2 % artaraq 428,3 manat olub.

Həmçinin 2024-cü ilin yanvar-fevral aylarında muxtar respublikada 91 milyon 684 min 100 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 27 % üstələyib.