Əvəz Zeynallı apellyasiya şikayəti verib

Əvəz Zeynallı apellyasiya şikayəti verib

“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bu barədə "Report"a onun vəkili Rəşad Əliyev məlumat verib.

O bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və Ə.Zeynallı barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Xatırladaq ki, Əvəz Zeynallı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.