Ötən il 38 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib

Ötən il 38 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib

2023-cü ildə 38 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib.

"Report"un məlumatına görə, bunu baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, 2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfər vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.

Həmçinin, bildirilib ki, 2023-cü ildə 57 şəxs işə qəbul edilib, 355 şəxs isə həvəsləndirilib.