"Neftçi" - "Spartak" matçının başlama saatı açıqlanıb

"Neftçi" - "Spartak" matçının başlama saatı açıqlanıb

"Neftçi" və Rusiyanın "Spartak" (Moskva) komandaları arasında Bakıda keçiriləcək yoldaşlıq oyununun başlama saatı bəlli olub.

"Ağ-qaralar"ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş saat 18:00-da başlayacaq.

Biletlərin tezliklə satışa çıxarılacağı vurğulanıb.

Qeyd edək ki, qarşılaşma martın 23-də "Neftçi Arena"da reallaşacaq.