Dövlət Vergi Xidmətinə şikayətlərin sayı 27 % azalıb

Dövlət Vergi Xidmətinə şikayətlərin sayı 27 % azalıb

Bu ilin fevral ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş şikayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27 % az olub.

"Birxeber.Az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, ötən ay vergi orqanlarına ümumilikdə 32 459 müraciət daxil olub ki, bu da 1 il əvvələ nisbətən 2,1 % azdır.

Müraciətlərdən 95,9 %-i ərizə, qalan hissəsi təklif və şikayət olub. 13 müraciətin icrası nəzarətə götürülüb.

Müraciətlərin 79,4 %-nin baxılması fevral ayı ərzində başa çatdırılıb, 20,6 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 69,2 %-i həll olunub, qalanları barədə qanunamüvafiq tədbirlər görülüb.

Daxil olmuş şikayətlərin 28 %-dən çoxu eyni və ya təkrar xarakterli olub. Şikayətlərin faktiki sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,2 % azalıb. Həll edilmiş şikayətlərin əksəriyyəri kameral vergi yoxlaması, riskli vergi ödəyicisi vergi ödəyicisinin qeydiyyatı, şəxsi hesab vərəqələri, sosial sığorta ödənişləri, maliyyə sanksiyasının silinməsi, vergi borcu və digər məsələlər ilə bağlı olub.

Fevralda Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 36, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.