FHN: Dənizkənarı Milli Parkda istismar müddəti ötmüş atraksionların istifadəsinə icazə verilmir

FHN: Dənizkənarı Milli Parkda istismar müddəti ötmüş atraksionların istifadəsinə icazə verilmir

Dənizkənarı Milli Parkda istismar müddəti ötmüş və ya zavod lisenziyası olmayan atraksionların istifadəsinə icazə verilmir.

"Report" xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Sənayesi Dövlət Agentliyinin Qazanqaldırıcı və Energetika Qurğularında İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət Müfəttişliyinin rəisi Sahil Mənsimov jurnalistlərə açıqlamasında deyib.