Novruz bayramı ilə əlaqədar bölgələrə səfər edənlərə müraciət edilib

Novruz bayramı ilə əlaqədar bölgələrə səfər edənlərə müraciət edilib

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Novruz bayramı ilə əlaqədar bölgələrə səfər edənlərə müraciəti:
Hər il olduğu kimi bu il də Novruz bayramı və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir. Həm paytaxtın mərkəzi küçə və prospektlərində, həm də Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda rayonlara səfər edənlərin çox olması səbəbindən, xüsusilə də axşam saatlarında yollarda avtomobil sıxlığının yaranacağı ehtimal olunur. Bunu nəzərə alaraq vətəndaşlara tövsiyə edirik ki, səfərlərini erkən saatlarda planlaşdırsınlar. Gücləndirilmiş iş rejimində çalışacaq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sürücülərə yollardakı vəziyyətlə bağlı mütəmadi olaraq məlumat veriləcək.