Bakıda I sinfə qeydiyyatda ərazi prinsipi tətbiq olunan məktəblərin əhatə dairəsi genişləndiriləcək

Bakıda I sinfə qeydiyyatda ərazi prinsipi tətbiq olunan məktəblərin əhatə dairəsi genişləndiriləcək

Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Birxeber.Az-ya verilən xəbərə görə, süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyat ünvanı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq.