Yeni il ərəfəsi 6,5 milyon turistin Nyu-Yorka səfər edəcəyi gözlənilir

Yeni il ərəfəsi 6,5 milyon turistin Nyu-Yorka səfər edəcəyi gözlənilir

Dünyanın ən böyük metropolisi sayılan, eyni zamanda ən əhəmiyyətli maliyyə və ticarət şəhəri Nyu-Yorkda turizm şəhər iqtisadiyyatında əsas rol oynayır. Dünyanın hər yerində olduğu kimi, pandemiya Nyu-Yorkun turizm sektoruna da böyük ziyan vurub. Uzun müddət ərzində COVID-19 pandemiyasının episentri olan Nyu-Yorkda turizmin bərpası davam edir. Belə ki, Milad bayramı ərəfəsində 6,5 milyon turistin bu şəhərə səfər edəcəyi gözlənilir. Nyu-Yorkun turizm mütəxəssisi Fred Dikson bildirib ki, noyabrın ortalarından yanvar ayınadək dünyanın hər yerindən təxminən 6,5 milyon insanın şəhəri ziyarət edəcəyi gözlənilir. O deyib ki, 2022-ci ilin sonuna qədər isə metropolisə ümumilikdə 56,7 milyon insanın səfər edəcəyi gözlənilir.

“Report”un yerli bürosu xəbər verir ki, Milad bayramı ərəfəsində şəhər rəhbərliyi Nyu-Yorka yenidən turist axınını bərpa etmək üçün kompleks tədbirlər həyata keçirir.

Şəhərin küçə və meydanları, mağazaların vitrinləri çilçıraqlarla bəzədilib, şəhərdə addımbaşı nəhəng Milad ağacları qurulub. Küçələrdəki ağacları və binaları bəzəyən rəngarəng işıqlar şəhərə xüsusi gözəllik verir. Turistlər tərəfindən artıq bu ilin ən məşhur tətil yerlərindən biri olaraq seçilən Nyu-Yorkun beş rayonda hər axşam əyləncə tədbirləri keçirilir. Şəhərin mərkəzi küçələrində (Beşinci və Altıncı prospektlər arasındakı 49 və 50-ci küçələr) rəngarəng küçə şouları təşkil olunub və axşam saatlarında sözügedən küçələr yalnız piyadalar üçün açıq olur. Hər gün minlərlə insan eyniadlı ştatın simvollarından biri hesab olunan, Rokfeller Mərkəzinin önündə qurulan nəhəng Milad ağacını görmək üçün əraziyə axın edir.

Milad mövsümünə xüsusi hazırlanan məkanlardan biri də Nyu-Yorkun məşhur “Times" meydanıdır. Parlaq neon işıqlar ilə işıqlanan möhtəşəm küçəyə bu günlərdə turist axını daha da böyükdür. Şəhərin böyük parklarında (Central Park, Bryant Park) qurulan qapalı buz meydançaları da turstlərin ən çox axın etdiyi yerlərdəndir.

Digər ölkələr Digər ölkələr
Konqres Vətəndaş müharibəsindən bəri ilk dəfə 11 turdan sonra spiker seçə bilməyib

Konqres Vətəndaş müharibəsindən bəri ilk dəfə 11 turdan sonra spiker seçə bilməyib

Digər ölkələr Digər ölkələr
Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiyanın 620 hərbçisini zərərsizləşdirib

Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiyanın 620 hərbçisini zərərsizləşdirib

Digər ölkələr Digər ölkələr
NATO-nun baş katibi: “Rusiya sülh və təhlükəsizliyə təhdiddir”

NATO-nun baş katibi: “Rusiya sülh və təhlükəsizliyə təhdiddir”

Digər ölkələr Digər ölkələr
AEBA-nın Baş direktoru gələn həftə Zaparojye AES-inə baş çəkəcək

AEBA-nın Baş direktoru gələn həftə Zaparojye AES-inə baş çəkəcək

Digər ölkələr Digər ölkələr
Meksikada tələbələrin yoxa çıxmasına görə onlarla hərbçi və polis həbs ediləcək

Meksikada tələbələrin yoxa çıxmasına görə onlarla hərbçi və polis həbs ediləcək

Digər ölkələr Digər ölkələr
Çexiya Ukraynaya "Mi-24V" helikopterlərini təhvil verəcək

Çexiya Ukraynaya "Mi-24V" helikopterlərini təhvil verəcək

Digər ölkələr Digər ölkələr
Münxendə ABŞ-ın vitse-prezidentinin təyyarəsi xarab olub - VİDEO

Münxendə ABŞ-ın vitse-prezidentinin təyyarəsi xarab olub - VİDEO

Digər ölkələr Digər ölkələr
Ərdoğan Quterreşlə Ukraynadakı vəziyyəti müzakirə edib

Ərdoğan Quterreşlə Ukraynadakı vəziyyəti müzakirə edib

Digər ölkələr Digər ölkələr
Çin ABŞ-la mübarizə üçün yüz milyardlarla dollar xərcləyəcək

Çin ABŞ-la mübarizə üçün yüz milyardlarla dollar xərcləyəcək

Digər ölkələr Digər ölkələr
Deutsche Bank: “Almaniya 2023-cü ildə tənəzzüldən qaça bilməyəcək”

Deutsche Bank: “Almaniya 2023-cü ildə tənəzzüldən qaça bilməyəcək”

Digər ölkələr Digər ölkələr
ABŞ Çindən Rusiyaya ölümcül silahlar verməyəcəyinə dair zəmanət alıb

ABŞ Çindən Rusiyaya ölümcül silahlar verməyəcəyinə dair zəmanət alıb

Digər ölkələr Digər ölkələr
Ramiz Ələkbərov: “Əfqanıstanda 6 milyon insan qida çatışmazlığı ilə üzləşib”

Ramiz Ələkbərov: “Əfqanıstanda 6 milyon insan qida çatışmazlığı ilə üzləşib”