NATO-nun Baş katibi bu gün Gürcüstana səfər edəcək

NATO-nun Baş katibi bu gün Gürcüstana səfər edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq bu gün Gürcüstana səfər edəcək.

"Birxeber.Az" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, o, Bakıdan Tbilisiyə gedəcək.

Bildirilib ki, Y.Stoltenberq Gürcüstanda Prezident Salome Zurabişvili və Baş nazir İrakli Kobaxidze ilə görüşəcək.

İ.Kobaxidze ilə görüşdən sonra mətbuata birgə bəyanatlar veriləcək.

Qeyd edək ki, NATO-nun Baş katibi martın 19-da Gürcüstandan İrəvana yollanacaq.