Savelyev: “Zatulinin açıqlamaları Rusiyanın maraqlarına xidmət etmir və sülhə doğru hərəkatı dəstəkləmir”

Savelyev: “Zatulinin açıqlamaları Rusiyanın maraqlarına xidmət etmir və sülhə doğru hərəkatı dəstəkləmir”

“Konstantin Zatulinin Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidəki vəziyyətlə bağlı açıqlamaları Moskvanın maraqlarına xidmət etmir və sülhə doğru hərəkata xidmət etmir”.

“Birxeber.Az”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Azərbaycan parlamenti ilə əlaqələr üzrə deputatlar qrupunun koordinatorunun müavini, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Dmitri Savelyev Rusiya Dövlət Dumasının digər deputatı K.Zatulinin bu yaxınlarda verdiyi açıqlamaları şərh edərkən deyib.

“Mürəkkəb siyasi proseslərə belə yanlış müdaxiləni yolverilməz hesab edirəm. Əminəm ki, bütün maraqlı tərəflər bunun yalnız Zatulinin şəxsi fikri olduğunu və heç bir halda ölkəmizin rəsmi mövqeyini ifadə etmədiyini başa düşür”, - o bildirib.

Deputat Rusiya sülhməramlılarının Azərbaycan hakimiyyəti ilə qarşılıqlı fəaliyyətindən danışıb.

“Əvvəla, xatırlatmaq istərdim ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır. Situasiyanın qavranılması da məhz bu prizmadan baş verməlidir. Eyni zamanda, mövcud razılaşmalara baxmayaraq, Qarabağdan qanunsuz silahlı birləşmələrin çıxarılması hələ də həyata keçirilməyib, bu da özlüyündə gərginlik yaradır. Sülhməramlılarımız haqqında yayılan saxta məlumatlara gəlincə, onlar qətiyyən reallığı əks etdirmir. Sülhməramlıların Azərbaycan hakimiyyəti ilə qarşılıqlı əlaqəsi konstruktiv əsaslarla qurulur və gündəlik rejimdə həyata keçirilir. Sülhməramlılar bütün imzalanmış müqavilələri yerinə yetirərək vəziyyətə nəzarət edirlər. Yaranmış ictimai narazılıq isə tamamilə haqlıdır, çünki “Qızılbulaq” qızıl yatağında və “Dəmirli” mis-molibden mədənində hasilat vəhşicəsinə, heç bir texnoloji tələblərə riayət edilmədən həyata keçirilir. Bu da ekoloq-mütəxəssislərin və ictimaiyyətin təbii reaksiyasına etirazına səbəb olur”, - rusiyalı deputat söyləyib.

O, həmçinin vurğulayıb ki, mövcud gərginliyi azaltmayan, əksinə artıran bəyanatların səsləndirilməsi hər şeydən əvvəl siyasətçi üçün yolverilməzdir: “Çox çətin məqamda Rusiya ilə müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayan dövlətə qarşı birbaşa ittihamlara yol vermək isə daha qəbuledilməzdir”.

Xarici siyasət Xarici siyasət
Azərbaycan və Türkiyə dövlət başçılarının və onların xanımlarının şərəfinə rəsmi nahar verilib

Azərbaycan və Türkiyə dövlət başçılarının və onların xanımlarının şərəfinə rəsmi nahar verilib

Xarici siyasət Xarici siyasət
Azərbaycan səfiri Kubanın Prezidenti ilə görüşüb

Azərbaycan səfiri Kubanın Prezidenti ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Meksika mətbuatında Ermənistan tərəfinin böhtanları ifşa edilib

Meksika mətbuatında Ermənistan tərəfinin böhtanları ifşa edilib

Xarici siyasət Xarici siyasət
Uqanda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik təcrübəsini öyrənir

Uqanda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik təcrübəsini öyrənir

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti Əlcəzairin Baş naziri ilə görüşüb

Azərbaycan Prezidenti Əlcəzairin Baş naziri ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Səfir: “Aİ Azərbaycan üçün etibarlı tərəfdaşdır”

Səfir: “Aİ Azərbaycan üçün etibarlı tərəfdaşdır”

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri başa çatıb

Xarici siyasət Xarici siyasət
“Eqco News”: “Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının həqiqi ruhunu qaytarır”

“Eqco News”: “Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının həqiqi ruhunu qaytarır”

Xarici siyasət Xarici siyasət
Prezident: "Azərbaycanın Avropaya qaz ixracını artırması indiki geosiyasi vəziyyət baxımından çox zəruridir"

Prezident: "Azərbaycanın Avropaya qaz ixracını artırması indiki geosiyasi vəziyyət baxımından çox zəruridir"

Xarici siyasət Xarici siyasət
BMT Azərbaycan və Ermənistanı bölgədə təhlükəsizliyi təmin etməyə çağırıb

BMT Azərbaycan və Ermənistanı bölgədə təhlükəsizliyi təmin etməyə çağırıb

Xarici siyasət Xarici siyasət
Əli Əsədov Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb 

Əli Əsədov Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb 

Xarici siyasət Xarici siyasət
UNESCO nümayəndəliyi: "Azərbaycan səfirliyə hücum bütün beynəlxalq ictimaiyyəti ciddi narahat edir"

UNESCO nümayəndəliyi: "Azərbaycan səfirliyə hücum bütün beynəlxalq ictimaiyyəti ciddi narahat edir"