Qabonda hakimlər tətil keçirdir
Qabonda hakimlərin ümumi və müddətsiz tətili başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" Həmkarların Milli İttifaqının sədri German Nguema Ellaya istinadən məlumat yayıb.
“Qabonda məhkəmə sistemi böhran içindədir. Hakimlərin mövqeyinin yaxşılaşdırılması üçün heç bir iş görülmür”, - o deyib.
Tətilçilər hakimiyyətdən maaşların artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını və cəmiyyətdəki statuslarının yüksəldilməsini tələb edirlər.
Həmkarlar ittifaqı rəhbərinin əmin etdiyi kimi, ölkə üçün ən vacib işlərə aid məhkəmə iclasları tətildə ictimaiyyətə qapalı rejimdə davam edəcək.