Azərbaycan atıcısı beynəlxalq turnirdə medal qazanıb

Azərbaycan atıcısı beynəlxalq turnirdə medal qazanıb

Azərbaycan atıcısı Xanna Əliyeva Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində medal qazanıb.

"Birxeber.Az" Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qadınlar arasında pnevmatik tapançadan atəş üzrə mübarizə aparan təmsilçimiz 235.2 xalla ikinci yeri tutaraq gümüş medal əldə edib.

Qeyd edək ki, yarış martın 24-nə qədər davam edəcək.