Səlim Müslümovun məhkəməsində şahid: "Nöqsanların ört-basdır edilməsi üçün rüşvət verirdik"

Səlim Müslümovun məhkəməsində şahid: "Nöqsanların ört-basdır edilməsi üçün rüşvət verirdik"

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bizim idarədə ayrı-ayrı vaxtlarda yoxlamalar aparılıb. Aşkarlanan nöqsanların ört-basdır edilməsi üçün rüşvət verirdik".

"Birxeber.Az"un xəbərinə görə, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə iclasında şahid qismində ifadə verən Yasin Rüstəmov deyib.

Onun sözlərinə görə, o, DSMF-nin Xaçmaz Rayon şöbəsinin sabiq müdiridir:

"Nazirlik tərəfindən bizim idarəmizdə iki dəfə yoxlamalar aparılıb. Müəyyən nöqsanlar aşkarlanıb. Mənim haqqımda ağır intizam tədbirlərinin görülməməsi üçün nazirliyin daxili nəzarət şöbəsinin keçmiş müdir müavini Nizami Xanlarova 18 min manat, işdən çıxarılmamağım üçün isə 15 min manat rüşvət vermişəm".

Şahid Mustafa Mustafayev "Şəhanə 2014" MMC-NİN təsisçi və direktoru olub. Onun sözlərinə görə, müəssisənin bütün səlahiyyətlərini nazirliyin nümayəndəsi Nizami Xanlarova verib:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tikilməkdə olan obyektlərin idarə rəisi Natiq Əzizovla qrup yoldaşı olmuşam. Məhz bu amilin sayəsində tenderlərin qalibi olmuşam. Lakin şirkətimin aparacağı tikinti işlərini nazirliyin nümayəndəsi Nizami Xanlarova vermişəm. İki evin tikintisinə görə Natiq Əzizova ümumilikdə 12 min manat pul vermişəm ".

Növbəti proses dekabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, S.Müslümov Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılan materiallar əsasında başlanılan cinayət işi üzrə S.Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin S.Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. S.Müslümov Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra səhhətindəki problemlərlə bağlı sabiq nazir ev dustaqlığına buraxılıb.

HADİSƏ HADİSƏ
Samuxda istixanada nöqsanlar aşkarlanıb

Samuxda istixanada nöqsanlar aşkarlanıb

HADİSƏ HADİSƏ
Novxanıda oteldə yanğın söndürülüb

Novxanıda oteldə yanğın söndürülüb

HADİSƏ HADİSƏ
Laçında avtoqəza olub, yaralılar helikopterlə Bakıya gətirilib

Laçında avtoqəza olub, yaralılar helikopterlə Bakıya gətirilib

HADİSƏ HADİSƏ
Oğuzda güclü külək fəsadlar törədib

Oğuzda güclü külək fəsadlar törədib

HADİSƏ HADİSƏ
DİN polis orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

DİN polis orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

HADİSƏ HADİSƏ
Baş Prokurorluq: "Gəncədə erməni terroru nəticəsində milyonlarla manat dəyərində maddi ziyan dəyib"

Baş Prokurorluq: "Gəncədə erməni terroru nəticəsində milyonlarla manat dəyərində maddi ziyan dəyib"

HADİSƏ HADİSƏ
Bakıda yol qəzasında 16 yaşlı gənc xəsarət alıb

Bakıda yol qəzasında 16 yaşlı gənc xəsarət alıb

HADİSƏ HADİSƏ
“Naoborot qızışıyor” sözləri ilə tanınan şəxs vəfat edib

“Naoborot qızışıyor” sözləri ilə tanınan şəxs vəfat edib

HADİSƏ HADİSƏ
Kürdəmirdə ər-arvadın xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub

Kürdəmirdə ər-arvadın xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub

HADİSƏ HADİSƏ
İnternet portalının rəhbəri 6 il müddətinə azadlıqdan məhrum edilib

İnternet portalının rəhbəri 6 il müddətinə azadlıqdan məhrum edilib

HADİSƏ HADİSƏ
Bakıda 21 yaşlı gənc qızı avtomobil vurub

Bakıda 21 yaşlı gənc qızı avtomobil vurub

HADİSƏ HADİSƏ
Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var

Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var