“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” qəbul olunub

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” qəbul olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı təsdiq edib.

"Birxeber.Az" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, strategiya ölkəmizdə sığorta, kapital bazarları və ödəniş sektorlarının inkişafı, habelə bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi kimi prioritetləri ehtiva edir. Burada maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, habelə şәffaflıq və dayanıqlığının gücləndirilməsi kimi strateji məqsədlər öz əksini tapır.

Strategiya sənədi həmçinin hər sektorun ehtimal olunan bazar potensialını, AMB-nin müvafiq keyfiyyət tələblərini və risk əsaslı nəzarət mexanizmlərini, rəqəmsal maliyyə, dayanıqlı maliyyə, peşəkar inkişaf və əhalinin maliyyə biliklərinin artırılması kimi istiqamətləri müəyyən edir.

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın hədəflərinə nail olunması ölkədə makroiqtisadi və maliyyə sabitliyinə töhfə verəcək, vətəndaşların güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıracaq.

Strategiyanın icrası barədə məlumat illik əsasda ictimaiyyətə təqdim olunacaq.

Strategiya sənədinin əhatəli icmalı ilə bu keçiddən istifadə etməklə tanış olmaq mümkündür.