Hakimliyə namizədlərlə növbəti test imtahanı keçiriləcək

Hakimliyə namizədlərlə növbəti test imtahanı keçiriləcək

Hakimliyə namizədlərlə növbəti test imtahanı keçiriləcək.

"Report" xəbər verir ki, namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanı cari ilin may ayının 5-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.

İmtahanın keçirilməsi vaxtı, yeri, qaydası, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlər barədə məlumatlar www.jlc.gov.az saytında mütəmadi dərc ediləcək.

Qeyd edək ki, müsabiqənin bütün mərhələlərini müvəffəqiyyətlə başa vurmuş 155 nəfər hakimliyə namizəd ölkə Prezidentinin Sərəncamları ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilmiş, 245 namizəd isə hazırda seçimin digər mərhələlərindədir. Hazırda növbəti imtahan üçün sənəd qəbulu davam etdirilir.