İranda 4,9 maqnitudada zəlzələ olub

İranda 4,9 maqnitudada zəlzələ olub

İranın cənubunda 4,9 maqnitudada zəlzələ baş verib.

"Birxeber.Az"un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,24 milyon nəfər əhalisi olan Şiraz şəhərindən 216 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 25 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.