Türkiyə DİN "Trabzonspor"-"Fənərbaxça" oyunundan sonra baş verən dava ilə bağlı araşdırma aparır - YENİLƏNİB

Türkiyə DİN "Trabzonspor"-"Fənərbaxça" oyunundan sonra baş verən dava ilə bağlı araşdırma aparır - YENİLƏNİB

Bu axşam oynanılan "Trabzonspor" "Fənərbaxça" oyunundan sonra meydana girən azarkeşlərlə bağlı araşdırma aparılır.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında paylaşım edib.

Bildirilib ki, hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

"İdman hər şeydən əvvəl alicənablılıqdır. Futbol meydanlarında şiddətin baş verməsi əsla qəbuledilməzdir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə vurğulanıb.

***

Saat 00:27

"Fənərbaxça" səfərdə "Trabzonspor"u 3:2 hesabı ilə məğlub edib.

APA xəbər verir ki, Fred və Batşuayinin vurduğu qollarla "bülbüllər" Super Liqada səfər qələbə seriyasını 9 matça çatdırıb.

Qarşılaşmadan sonra futbolçular yarımmüdafiədə qələbəni qeyd edərkən meydan sahiblərinin azarkeşləri meydana daxil olub və dava düşüb.