Bakıda nəqliyyatın təhlükəsizliyi müzakirə olunub

Bakıda nəqliyyatın təhlükəsizliyi müzakirə olunub

Bakıda nəqliyyat təhlükəsizliyinə, ötən il Azərbaycanda nəqliyyat sistemində baş verənlər və qarşıda duran məsələlərə həsr edilən mətbuat konfransı keçirilib.

“Birxeber.Az” xəbər verir ki, “Müstəqil Nəqliyyatçılar” İctimai Birliyinin sədri, hüquqşünas Ərşad Hüseynov və qurumun sədr müavini, nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı çıxış ediblər.

Mətbuat konfransında, əsasən, yol hərəkəti təhlükəsizliyi, avtomobilləşmə prosesi, ictimai nəqliyyat, taksi fəaliyyəti, köhnə avtomobillərin utilizasiyası və digər aktual mövzulardan danışılıb.